Niyə yol vermədin! Avtobusun şüşələrini qırıb, sürücünü döydülər - FOTO

Sərnişin avtobusunun sürücüsü 3 şəxs tərəfindən döyülüb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident Bursa vilayətində, Osmanqazi rayonunun Haşım İşçan küçəsində qeydə alınıb.
Məlumata görə, şəhər içi sərnişin daşıma ilə məşğul olan Bursa Böyük Şəhər Bələdiyyəsinə məxsus 16 JBK 70 qeydiyyat nömrə nişanlı avtobusun sürücüsü Gökhan Bağcı, yola çıxmaq istəyən avtomobilə siqnal verib. Bağcının onlara yol vermədiyini iddia edən avtomobildəki 3 nəfər, avtobusun qarşısını kəsiblər. Aşağı enən 3 nəfər avtobusun şüşələrini qırıb Gökhan Bağcını isə döyüblər. Ətrafdakı insanların müdaxiləsindən sonra 3 şübhəli maşına minərək qaçıblar. Vətəndaşların xəbər verməsi ilə hadisə yerinə səhiyyə və polis briqada əməkdaşları gəlib. Yaralanan Bağcı, ambulansla xəstəxanaya çatdırılıb.
Bağcı, müayinədən sonra həkimdən sağlamlıq kağızı alaraq, şübhəlilərdən şikayətlə polisə müraciət edib.
Gökhan Bağcı şikayətində, avtomobilin “drift” edərək yola çıxmaq istədiyini, "Yol vermək mübahisəsi səbəbindən 3 nəfər əvvəlcə avtobusun şüşələrini qırdı, sonra da məni döyüb qaçdılar” – sözlərini qeyd edib.
Polis şikayəti nəzərə alaraq şübhəlilərin axtarışlarına başlayıb.
Namiq Musayev




Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










