Paytaxtda insanları qorxuya salan “Prius” - “Qatil 78 leş” - FOTO

Paytaxt küçələrində diqqət cəlb edən yazılarla, şəkillərlə, bəzən lüzumsuz aksessuarlarla bəzədilmiş avtomobillərə rast gələ bilərik. Xüsusilə gənc nəslin nümayəndələri arasında sosial şəbəkə adlarını, telefon nömrələrini, yaxud sevdikləri ifadələri maşının arxa hissələrinə vuranlar kifayət qədərdir. Bunu edən sürücülər digərlərindən seçilmək istəyirlər və ya avtomobilləriylə insanların diqqət mərkəzində olmağa çalışırlar. Lakin bu həvəslə əsas məqamı unudurlar. Sükan arxasında olan insanların diqqətini yayındıraraq qəzalara səbəb ola bilərlər. Həmçinin digər tərəfdən sürücü və sərnişin psixologiyasını poza bilərlər. Bu isə istənilən halda qəbuledilməzdir.
İşıqlandırdığımız məsələylə bağlı izləyici Avtosfer.az-a fotoşəkil göndərib. Xoşagəlməz görüntü fevralın 19-u saat 09:15 radələrində Koroğlu metrosundan Heydər Əliyev prospektinə gedən yolda qeydə alınıb. Belə ki, 77-DV-937 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin buferi çıxarılıb və dövlət nömrə nişanının yeri dəyişdirilib. Həmçinin qeydiyyat nişanının vurulduğu yerə “Qatil 78 leş” ifadəsi yazılıb. Şikayətçinin iddiasına görə, öncə məhəllədə görüntülənən avtomobil uşaqların da diqqətini cəlb edərək onları qorxuya salıb. Həmçinin sürücü son günlərdə ölkə gündəmini zəbt edən qandonduran hadisəni vurğulayaraq avtomobildəki ifadənin onun da psixologiyasına mənfi təsir göstərdiyini bildirib.
Ümid edirik ki, hüquq-mühafizə orqanları qeyd olunan sürücü ilə bağlı müvafiq tədbir görəcək. Fotonu təqdim edirik:
Nərmin
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR











