Paytaxtın bu ərazisində parklanma problemi həll olundu - Ciddi nəzarət var - FOTO

Paytaxtda son vaxtlar yollarda olan tıxac və digər problemlərin həlli məqsədilə tədbirlər görülür. Avtobus və velosiped zolaqları, eləcə də rəsmi ödənişli parklanma yerləri tədricən yolları nizama salır.
Avtosfer.az xəbər verir ki, “28 Mall”un qarşısında da əvvəl xaotik parklanma var idi. Lakin yeni təşkil olunan velozolaqdan sonra bu problem aradan qalxıb.
Belə ki, bu yerdə velozolaq yaratmaqla, həm də xaotik parklanma problemi həll olunub. Amma qayda pozmağa vərdiş edənlər hələ də var. Sosial şəbəkələrdə yayılan fotolarda yalnız bir avtomobilin zolağı zəbt etdiyi görünür. Sakinlər bildirib ki, əraziyə vaxtaşırı nəzarət olunur. Hətta sözügedən avtomobilin sürücüsünə də cərimə yazıldığı qeyd edilib.
Ümid edirik ki, təkcə sözügedən ərazidə yox, paytaxtın bütün yerlərində belə problemlərin qarşısı alınar. Həmçinin hərəkət iştirakçıları da onların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün qoyulmuş qaydalara əməl etməlidir. Tıxaca səbəb özümüz olduğumuz kimi, həll yolu da bizim əlimizdədir.

Məhəbbət Tərlanoğlu
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR