“Pejo” yarıya kimi TIR-ın altına girdi - FOTO

Türkiyənin Kütahya vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün Kütahya – Əskişəhər avtomagistralının 20-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, Əskişəhərdən Kütahyaya gedən Özbən İşıqların idarəetməsində olan 26 ABV 823 qeydiyyat nömrə nişanlı “Peugeot” markalı avtomobillə, nasazlıq səbəbindən yol kənarında dayanan Bülənd Hazenin idarə etdiyi 64 KZ 990 nömrəli TIR-ı arxadan vurub. Bu arada Xalid Dəmirin idarə etdiyi 43 DN 375 nömrəli “Mercedes” markalı yük maşını da “Peugeot”ya çırpılıb.
Zərbənin şiddətindən “Peugeot” yarıya kimi, Bülənd Hazenin idarə etdiyi TIR-ın altına girib.
Digər sürücülərin xəbər verməsi ilə əraziyə polis, səhiyyə və xilasetmə qüvvələri gəlib.
Minik maşınında sıxışan sürücü Özbən İşıqlar xilasedicilər tərəfindən çıxarılaraq, ambulansla xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev





Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










