Plazanın önündəki velosiped zolağını PARKİNQƏ ÇEVİRƏN sürücülər - FOTO

Bakının bir sıra mərkəzi küçələrində velosiped zolaqları çəkilib. Nəticədə velosiped və skuter sürücüləri təhlükəsiz şəkildə hərəkət edirlər. Lakin bəzi sürücülər bu zolaqları parklanma zonasına çevirir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Mirzəağa Əliyev küçəsində - “Winter Park Plaza”nın önündə kütləvi qayda pozan sürücülər görüntülənib. Belə ki, 77-PG-833 dövlət nömrə nişanlı “Nissan” markalı, 77- NF-659 dövlət nömrə nişanlı “Mercedes Viano” markalı, 90-VX-090 dövlət nömrə nişanlı “Range Rover” markalı, 77-PX-755 dövlət nömrə nişanlı “Mitsubishi” markalı, 77-XF-951 dövlət nömrə nişanlı “Mercedes Vita”, 10-CO-210 dövlət nömrə nişanlı “Hyundai” markalı, 77-XF-314 dövlət nömrə nişanlı “Mercedes Viano” markalı və 90-TL-187 dövlət nömrə nişanlı “Mercedes Viano” markalı avtomobillər velosiped zolağını zəbt ediblər. Vətəndaşların iddiasına görə, sürücülər maşınlarını davamlı olaraq zolağın üzərində saxlayırlar.
Qeyd edək ki, saytımızda bir müddət öncə də bununla bağlı xəbər dərc olunmuşdur.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci bəndinə əsasən, eyniylə avtobus zolağında olduğu kimi, 40 manat cəriməylə nəticələnir.
Nərmin









Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO






















