Polis məmuru dəhşət saçdı: həmkar sevgilisini 8 güllə ilə qətlə yetirdi - FOTO

Türkiyənin Aydın vilayətində polis məmuru həmkar sevgilisini güllələyərək qətlə yetirib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Efeler rayonunun Ata məhəlləsində qeydə alınıb.
Məlumata görə, İstanbul Baş Polis İdarəsində işləyən polis məmuru Suat T., 09 BİT 820 qeydiyyat nişanlı avtomobili ilə sevgilisi olan polis məmuru Xədicə Büşra Çətinqayanın (28) idarə etdiyi 03 HB 099 qeydiyyat nişanlı maşının qarşısını kəsib. Sonra da sevgilisi ilə anası Güngör Çətinqayanın olduğu avtomobili güllə atəşinə tutub. Güllələrdən 8-i Afyonkarahisar Baş Polis idarəsində işləyən Xədicəyə, 3-ü isə anasına tuş gəlib.
Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə çox sayda polis və səhiyyə briqada əməkdaşları gəlib. Ağır xəsarətlər alan Xədicə Büşra Çətinqaya Aydın Atatürk Dövlət Xəstəxanasına, anası Güngör isə Aydın Adnan Menderes Universiteti Tətbiq və Araşdırma Xəstəxanasına çatdırılıblar.
Polis məmuru Xədicə Büşra Çətinqaya, həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Güngör Çətinqayanın müalicəsi isə davam etdirilir.
Suat T. polis tərəfindən yaxalanaraq şöbəyə aparılıb.
O, ifadəsində, Xədicə Büşra Çətinqaya ilə bir müddət yaxın olduqlarını, ancaq daha sonra ayrıldıqlarını bildirib: “Oraya barışmaq üçün getmişdim. Anası da məni tanıyırdı. Daha əvvəl də ailəliklə gediş-gəlişimiz olub. Yolda qarşılaşdıq. Lakin məni görüb dayanmadılar. Buna görə də belə hadisə baş verdi”.
Suat Tekenin sorğusu davam etdirilir.
Namiq Musayev

Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








