Polislərin olduğu “KİA” beton sütuna çırpıldı; 1 ölü, 3 yaralı - FOTO

Rusiyanın paytaxtında polislər ağır yol qəzasına düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə mayın 26-da səhərin erkən saatlarında Naqornom rayonunda qeydə alınıb. Bu barədə yerli DİN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 26 yaşlı polis serjantı idarə etdiyi “Kia Cerato” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan avtomobil yüksək sürətlə köpünün beton sütununa çırpılıb. Zərbənin şiddətindən “Kia”nın ön hissəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində sərnişin kreslosunda əyləşən kiçik serjant aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib, sürücü və salonunda olan 2 qız sərnişin isə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev

Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












