Reklam

Bakıda qadın sürücü yolu kəsdi: “Nazir qızıyam" dedi - FOTO

Avtosfer Foto 13 Noyabr 2021 11:00 Oxunub 880
Bakıda qadın sürücü yolu kəsdi:  “Nazir qızıyam" dedi  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bəzən ikinci cərgədə, bəzən yolayrıcında, bəzən həyətlərin giriş-çıxışında avtomobilini park edib uzaqlaşan sürücülərlə tez-tez rastlaşmaq olar. Onlardan sürücülük mədəniyyəti çatanlar, məsuliyyəti olanlar biləndə ki, hərəkətə mane olurlar, avtomobillərinə tələsik yaxınlaşıb üzr istəyir, yolu açır. Belə etməyənlər də var. Onlardan biri barədə Avtosfer.az-a oxucumuz Könül Məmmədova adlı sürücü yazıb: “Bu gün Nərimanov rayonu ərazisində - Azadlıq prospekti ilə Həsən Əliyev küçələrinin kəsişməsinə yaxın – Music Gallery mağazasının qarşısındakı səkidə maşını park etmişdim, uşaqla idim. Şəkildən göründüyü kimi, orada avtomobillər H.Əliyev küçəsinə perpendikulyar qaydada park edib. Mən də həmin maşınların yanında saxlamışdım. Qayıdanda gördüm ki, 90-LM-475 dövlət nömrə nişanlı “Ford” markalı bir təlim maşını yolu kəsib, çıxmaq mümkün deyil. Zəng vurdum maşının üstündəki nömrəyə, dedi ki, siz mənim yerimdə saxlamısız, ona görə mən də belə saxlamışam. Uzaqdayam, 2 saat gözləsəniz gəlib yol verərəm. Düzü, bu cavabdan çox təəccübləndim. Adi bir sürücü bunu etsə, deyərik mədəniyyətsizdir. Amma bu həm də təlimçidir axı. Təlim keçdiyi tələbələrə necə örnək olur?!. Yoldaşıma məlumat verdim, o da zəng vurdu, qadın deyib ki, mən o binanın sakiniyəm, yerimdə saxlayanda belə edirəm, nazir qızı olmuşam”.

Şikayətçi deyir kişilər, digər maşınların sürücüləri yaxınlaşıb, yol verib, çətinliklə də olsa çıxa bilib. Lakin bu hallarla rastlaşdıqda hara müraciət edə biləcəklərini bilmirlər.

Təbii ki, belə halda Yol Polisinə məlumat vermək, yolu kəsən avtomobilin evakuasiya olunmasına, sürücüsünün cərimələnməsinə nail olmaq olar.

 “Yer mənimdir” demək üçün əlində həmin yerin çıxarışı olmalıdır. Parkinq mədəniyyəti belədir ki, əgər yer boşdursa, ilk saxlamaq istəyən saxlaya bilər, digərləri heç bir şəkildə mane olmamalıdır. Vəzifə, vəzifəli ilə qohumluqdan sui-istifadə heç bir üstünlük vermir.

Güman edirik ki, müvafiq qurumlar fotofaktı nəzərə alaraq bu sürücü barəsində müvafiq tədbir görərlər, həmçinin təlimçilik hüququna yenidən baxıla bilər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh