Qaydaları pozan sürücü ağır qəzaya səbəb oldu: 4 ölü, 2 yaralı - FOTO

Rusiyanın Perm əyalətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 4 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ötən axşam saatlarında Osa-Çernuşka trasının 7-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, 1975-ci il təvəllüdlü Ufa sakini idarə etdiyi “KİA Rio” markalı minik avtomobillə, ara məsafəsi saxlamayıb və qarşısında hərəkətdə olan yük maşını ilə qəza törətməmək üçün “ötmə qadağandır” nişanına da məhəl qoymayaraq əks yol çıxıb. Bundan sonra əks zolaqdan gələn “Lada Kalina” markalı minik avtomobili ilə toqquşub. Nəticədə zərbənin şiddətindən 3 nəfər hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar.
Qəzaya səbəb olan “KİA”nın sürücüsünə, “yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb, o, həbs edilib.
İstintaq araşdırmaları davam etdirilir.
Namiq Musayev


"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










