Qəfildən yola çıxan it ağır yol qəzasına səbəb oldu: 2 ölü, 9 yaralı - FOTO

Türkiyənin Manisa vilayətində sərnişin mikroavtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 10.00 radələrində Salihli – Alaşehir şosesinin Örenköy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Alaşehir istiqamətində hərəkətdə olan İbrahim Tufanın (45) idarə etdiyi 07 FUN 25 qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu qəfildən qarşısına çıxan iti vurmamaq üçün manevr edib. Bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarına aşıb.
Nəticədə 2 nəfər hadisə yerində vəfat edib, daha 9 nəfər isə xəsarət alıb.
Yaralılar, insident yerinə çağırılan ambulanslarla rayon xəstəxanasına çatdırılıblar.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev





"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










