Qəza törədib avtomobili qarət etdilər; 3753 manat apardılar - FOTO

Türkiyənin Kayseri əyalətində qəzaya səbəb olan şəxslər, digər avtomobildən pul oğurlayaraq qaçıblar. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Kocasinan rayonunda qeydə alınıb.
Məlumata görə, maşın satışı ilə məşğul olan O.C.İ., idarə etdiyi 38 ADE 016 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, nəqliyyat vasitəsinin ön sol hissəsinə, 38 KE 924 qeydiyyat nömrə nişanlı yük maşını çırpılıb.
Bundan sonra O.C.İ., avtomobilindən düşən hissələri almaq üçün yola doğru getdiyi zaman, yük maşınının sərnişin kreslosunda əyləşən şəxs, “Mercedes”in salonundan 15 min lirəni (3753 manat) oğurlayaraq sürücü ilə birlikdə yük maşınına minərək qaçıblar.
Məsələ ilə bağlı polisə məlumat verilib.
Polis qaçan şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Namiq Musayev



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








