Qızıl daşıyan zirehli maşın qəzaya uğradı: mühafizəçilər əllərində dırmıqla... - FOTO

Türkiyənin Çorum əyalətində qızıl daşıyan zirehli maşın qəzaya uğrayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Sungurlu rayonunda qeydə alınıb.
Məlumata görə, “Çorum-Sungurlu” şosesinin 5-ci kilometrliyində qızıl daşıyan zirehli maşın, sürücünün idarəetməsindən çıxaraq əvvəlcə elektrik dirəyinə çırpılıb, daha sonra isə tarlaya düşüb. Zərbənin təsirindən içərisindəki bir miqdar qızıl ətrafa dağılıb. Qəza nəticəsində maşının içərisində olan bir neçə mühafizəçi yüngül xəsarətlər alıblar. Zirehli maşın dərhal hadisə yerindən aparılaraq, ərazi təhlükəsizlik dairəsinə alınıb.
Hadisə yerində olan təhlükəsizlik qüvvələrinin əməkdaşları, əllərində dırmıq, ot biçmə maşını və detektorlarla tarlada qızıl axtarmağa başlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












