Qoşqusunda avtomobil daşıyan hərbi maşın TIR-la toqquşdu - FOTO + VİDEO

Polşada ABŞ hərbçilərinə məxsus yük maşınının və TIR-ın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Qərbi-Pomorsk voyevodalığındakı Konotop bölgəsində qeydə alınıb. Bu barədə iyulun 9-da “Polsat” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Kaliş-Pomorsk və Dravsk-Pomorsk şəhərləri arasını birləşdirən trasda, qoşqusunda hərbi avtomobilin olduğu yük maşını, sürücü tərəfindən yüksək sürətlə idarə olunaraq, yağışlı hava şəraiti səbəbindən idarəetmədən çıxıb və əks zolağa keçərək qarşıdan gələn TIR-la toqquşub. Zərbənin təsirindən TIR yol kənarına düşüb. Qəza nəticəsində 2 hərbçi xəsarət alıb. Yaralılar ambulansların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların həyati təhlükələrinin olmadığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev





Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












