Rusiyada dəhşətli yol qəzası: 6 ölü, 1 yaralı – FOTO + VİDEOLAR

Rusiyanın Tambov əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident fevralın 14-də səhər saatlarında P-22 “Kaspi” avtomagistralının 499-cu kilometrliyində qeydə alınıb. Bu barədə DİN-nin region üzrə idarəsindən məlumat verilib.
Məlumata görə, “Qazel” markalı mikroavtobus qarşı yoldan gələn yük maşını ilə toqquşub. Zərbənin şiddətindən “Qazel” yanıb və hər iki maşın deformasiyaya uğrayıb.
Nəticədə mikroavtobusda olan 6 nəfər hadisə yerində dünyasını dəyişib, yük maşınının sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, qəzaya “Qazel” sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəb olub.
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev



Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












