Saxta nömrəli maşını qovan polislər qəzaya düşdü: 3 nəfər xəsarət aldı - FOTO

Türkiyənin Kırıkkale vilayətində “Dayan” əmrinə tabe olmayan sürücünün avtomobilini qovalayan Yol Polisi Xidmətinin əməkdaşları qəzaya düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Kırıkkale – Kayseri avtomagistralında qeydə alınıb.
Məlumata görə, gecə reydi aparan yol polisləri Qadir Ərdəm və Mücahit Qanca, saxta qeydiyyat nömrə nişanlı olduğu müəyyən edilən avtomobili saxlamaq istəyiblər.
Ancaq polisin “Dayan” əmrinə tabe olmayan şəxsiyyəti naməlum sürücü, avtomobillə Kaysrei istiqamətinə qaçmağa başlayıb.
Asayiş keşikçiləri də 71 A 5444 qeydiyyat nömrə nişanlı avtomobili təqib ediblər. Şübhəlini təxminən 30 dəqiqə qovalayan polislərin olduğu maşın, yolun əks istiqamətində hərəkətdə olan Adəm Göçmənin idarə etdiyi 35 AH 9432 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub.
Nəticədə Qadir Ərdəm, Mücahit Qanca və Adəm Göçmən xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Polislərin, qovaladıqları saxta qeydiyyat nömrə nişanlı avtomobil isə qaçaraq gizlənməyə müvəffəq olub.
Hüquq-mühafizə orqanları tərəfindən axtarışlara başlanılıb, araşdırmalar aparılır.
Namiq Musayev






"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










