Reklam

“Sədərək”-də ölüm təhlükəsi; yüksək gərginlikli xətlərin altında dayanacaq - FOTO

Avtosfer Foto 5 Oktyabr 2021 13:38 Oxunub 2158
“Sədərək”-də ölüm təhlükəsi; yüksək gərginlikli xətlərin altında dayanacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Elektrik komfortlu və müasir həyatın əsasıdır. Bu ixtira olmadan heç bir fəaliyyət sahəsi mövcud ola bilməz. Elektrik həm də insan həyatını yüngülləşdirir. Lakin....

Cərəyan heç bir halda məsuliyyətsizliyi və laqeyd yanaşmanı bağışlamır. Burada “heç bir şey olmaz” prinsipi qətiyyən keçmir. Sözü uzatmadan keçək mətləbə.

“Sədərək” ticarət mərkəzinə yolu düşənlər yəqin avtomobillərin və avtobusların harda dayandığından xəbərdardır: bir neçə yüz min volt gərginlikli elektrik xəttinin altında. TM tikilərkən kənarda boş yerlər vardı. Sonradan tikililər artaraq xəttin bir neçə addımlığına çatıb və avtomobillərin parklamasına yer qalmayıb. “Çarə olaraq” xəttin altı parkinq yeri kimi seçilib. 174 və 176 saylı martşrutların da dayanacağı burdadır.

Avtosfer.az olaraq bildiririk ki, ilk baxışdan qorxulu heç nə yoxdur. Xətlər möhkəmdir, qırılma ehtimalı azdır. Ancaq şəkildə də göründüyü kimi burada qırılma baş verərsə yüzlərlə avtomobil külə dönəcək. Çaxnaşma yaranacağı təqdirdə vəziyyəti özünüz düşünün. Buradakı qəza ölkənin enerji sistemini təhlükə altına qoyacaq.

Digər tərəfdən, qəza olmasa belə onlarla insanın yüksək gərginlikli xəttin altında durması belə təhlükəli və yolverilməzdir. Ürək xəstəliyi olanların burada ciddi problemlərinin olması mümkündür.

Ölkəmizdə yüksək gərginlikli xəttin qırılması ilə nəticələnən hay-küylü qəza şükürlər olsun ki baş verməyib. Çalışmaq lazımdır ki, baş verməsin.

PS. 2009-cu ildə Benin Respublikasında (Qərbi Afrika) 300 min voltluq xəttin avtobusun üstünə düşməsi nəticəsində 50-dən çox insan həlak olmuşdu. Məlum olmuşdu ki, şəhərlərarası avtobusun sürücüsü sərnişini düşürmək üçün NV-ni xəttin altında saxlayarkən hava xətti qopub düşüb.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh