Səkilərdə xaotik parklanma: Paytaxtda 10-dan çox avtomobil qayda pozdu – FOTO

Paytaxtın müxtəlif yerlərində səkilərin avtomobillər tərəfindən zəbt olunması halları demək olar ki, hər gün qeydə alınır.
Avtosfer.az xəbər verir ki, belə hallar həm qayda pozuntusudur, həm də piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olur.
Belə ki, Cəfər Xəndan küçəsində 90-DH-035 qeydiyyat nişanlı “Hyundai” markalı, 99-VO-256 “Peugeot” markalı, 99-XY-540 nömrəli “Hyundai” markalı, 90-SF-254 qeydiyyat nişanlı “Renalut” markalı avtomobillərin sürücüləri səkini zəbt edib.
Analoji qaydapozuntusuna Əliəşrəf Əlizadə küçəsində 50-CL-018 qeydiyyat nişanlı “Mazda” markalı, 90-OX-991 nömrəli “Nissan” markalı, 10-GG-014 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillərin sürücüləri yol verib.
Həmçinin bu kimi hallar müxtəlif yerlərdə də görüntülənib. Qeyd edək ki, bu sürücülərin hər biri İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə olunmalıdır. Maraqlısı budur ki, qayda pozan sürücülər elə parklanma üçün təyin olunan yerlərə yaxın ərazidə parklanıb.
Xatırladaq ki, dünən Xaqani bağının ətrafı maşınlar üçün bağlanıb və bağın ətrafı avtomobillərdən azad zonaya çevrilib.
Deməli, avtomobil sıxlığı və ya parklanma ilə bağlı bütün problemləri həll etmək mümkündür.
O zaman ümid edirik ki, bir gün səkilərimiz də avtomobillərdən azad ediləcək, ümumiyyətlə, xaotik parklanma aradan qalxacaq və bu sahədə nəzarət tam təmin ediləcək.
Məhəbbət Tərlanoğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO




















