Səkini və maşın yolunu zəbt edib ticarətlə məşğul olur – Satıcı da, piyadalar da təhlküədədir - FOTO

Paytaxtda səki və keçidlərin müxtəlif səbəblərdən zəbt olunması halları tez-tez müşahidə edilir. Belə olduqda piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olur.
Avtosfer.az xəbər verir ki, Səməd Vurğun küçəsində də belə problemlərdən biri yaşanır.
Belə ki, sosial şəbəkələrdə geniş yayılan fotolarda səkini və yolun hərəkət hissəsini zəbt edərək ticarətlə məşğul olan şəxs görüntülənib. Bu da piyada və nəqliyyat vasitələri üçün mane yaradır. Həmin şəxs həm özünü, həm də başqalarını təhlükə altında qoyur. Fotoda da aydın əks olunub ki, yolun ən sağ zolağına piştaxta quran satıcı həm də səkinin yarısını zəbt edib. Bu səbəbdən piyadalar yolun hərəkət hissəsilə keçməli olurlar. Həmçinin satıcının da avtomobil yolunda durması onun üçün ciddi təhlükədir.
Ümid edirik ki, yaxın zamanda məsələ ilə bağlı müvafiq qurumlar tədbir görüb, piyada və həmin satıcının təhlükəsizliyini təmin edər.
Məhəbbət Tərlanoğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO











