Sərnişin avtobusu su kanalına düşdü: 29 ölü, 16 yaralı - FOTO + VİDEO
Avtosfer Foto
8 İyul 2019 10:50

Qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib
Hindistanda 46 sərnişinin olduğu avtobusun su kanalına düşməsi nəticəsində 29 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident ölkənin şimalında yerləşən Aqra şəhərində qeydə alınıb. Bu barədə “İndia Today” portalına yerli polisdən məlumat verilib.
Hüquq-mühafizə orqanları hadisə yerində 27 meyit və 16 yaralı aşkarlayıblar. Yaralılar xəstəxanalara çatdırılıb.
Uttar-Pradeş ştatının polisi “Twitter” səhifəsindən yaydığı məlumata görə, avtobus Lakhanudan Dehliyə gedən zaman 4.5 metr hündürlükdən düşüb. Qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.
Həmçinin qeyd edilir ki, hazırda 20 sərnişin xilas edilib.
Polis xilasetmə əməliyyatını davam etdirir.
Namiq
Oxunub : 1954
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












