Şərti azadlığa çıxdı; avtomobilə atəş açıb bir nəfəri yaraladı - FOTO

Türkiyənin Ordu əyalətində həbsxanadan şərti azadlığa buraxılan şəxs cinayət törədib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 18-də səhər saatlarında Altınordu rayonunda qeydə alınıb.
Məlumata görə, avtomobildə söhbət edən Ərgin Ö. ilə Caner K. arasında bilinməyən səbəblərdən mübahisə yaşanıb. Maşından enən Ərgin Ö., üzərində gəzdirdiyi tapançanı çıxararaq avtomobilə tuşlayıb və atəş açmağa başlayıb. Ayağından yaralanan Caner K., silah səsini eşidən ətrafdakı insanların çağırışı ilə hadisə yerinə gələn təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Əməliyyata götürülən yaralının səhhətinin yaxşı olduğu bildirilib.
Hadisədən sonra qaçan Ərgin Ö., isə polis əməkdaşları tərəfindən qısa müddət ərzində saxlanılıb.
Şərti olaraq cəza evindən çıxan Ərgin Ö., növbətçi hakimin qərarı ilə tutularaq yenidən həbsxanaya təhvil verilib.
Namiq Musayev



"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










