Sərxoş sürücü 10 metrlik körpüdən alt yola düşdü: avtomobildən güclə çıxarıldı - FOTO

Türkiyənin İstanbul şəhərində idarə etmədən çıxan minik avtomobili körpüdən aşağı düşüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Zeytunburnu rayonunda qeydə alınıb. Məlumata görə, Əli Kəmərin (30) idarə etdiyi 34 BST 918 qeydiyyat nömrə nişanlı minik avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirib və təhlükəsizlik arakəsmələrinə çırpılaraq təxminə 10 metrlik körpüdən alt yola aşıb.
Nəticədə avtomobildə sıxışmış vəziyyətdə qalan sürücü xəsarətlər alıb.
Əli Kəmər, hadisə yerinə çağırılan xilasedicilər tərəfindən sıxışdığı yerdən çıxarılaraq xəstəxanaya çatdırılıb. Polis əməkdaşları xəstəxanada yaralı sürücünü sərxoşluq testindən keçiriblər. Əli Kəmərin qanında 2.65 promil alkoqol olduğu müəyyən olunub.
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.
Namiq Musayev





Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










