Sərxoş sürücü ağır yol qəzasına səbəb oldu: 1 ölü, 3 yaralı - FOTO

Türkiyənin Kocaeli vilayətində sərxoş sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, insident yanvarın 1-də gecə saatlarında “D-100” avtomagistralının Körfəz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, İstanbul istiqamətində hərəkət edən Fateh Yasın Dikmənin idarə etdiyi 34 TD 4400 qeydiyyat nömrə nişanlı avtomobillə, qarşısında hərəkətdə olan Şənol Qoçun idarə etdiyi 34 BAS 139 qeydiyyat nömrə nişanlı maşını arxadan vurub. Zərbənin təsirindən Dikmənin idarəetməsindən çıxan avtomobil yol kənarına çıxaraq park edilmiş 27 TJ 417 nömrə nişanlı yanacaq tankerinə çırpılaraq aşıb.
Digər sürücülərin çağırışı ilə hadisə yerinə xilasetmə, polis və səhiyyə briqadaları cəlb edilib.
Xilasedicilər, çevrilən avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Fateh Yasin Dikmən, Uğur Dəmirdaş, Damla Dəmirdaşı və adı öyrənilməyən bir şəxsi salondan çıxarıblar.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onlardan Uğur Dəmirdaş,
həkimlərin bütün müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzadan sonra polis araşdırmalara başlayıb, Fateh Yasın Dikmən sərxoşluq testindən keçirilib və onun sərxoş olduğu müəyyən edilib. Fateh Yasın Dikmən saxlanılaraq bölməyə aparılıb.
Faktla bağlı təhqiqatlar davam etdirilir.
Namiq Musayev






Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR










