Sərxoş sürücü “BMW”ni polis avtomobilinə çırpdı; 2 polis öldü - FOTOLAR

Qazaxıstanın Alma-Ata şəhərində minik avtomobilinin və patrul avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 25-də gecə saatlarında “Koksay” mikrorayonunda qeydə alınıb. Bu barədə yerli DİN Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, 1992-ci il təvəllüdlü sürücü idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan avtomobil yüksək sürətlə əvvəlcə beton arakəsmələrə, daha sonra isə içərisində 2 polis əməkdaşının olduğu “Hundai” markalı patrul maşınına çırpılıb.
Qəza nəticəsində polis əməkdaşlarından biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı, “BMW”nin 28 yaşlı sürücüsü sükan arxasında sərxoş olduğu müəyyən olub. Hazırda o, həbs olunub.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.
Namiq Musayev

![]()


Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












