Sevdiyi qızı ala bilməyən oğlandan dəhşətli əməl: ailənin 3 üzvünü öldürdü – hadisə anının VİDEOsu

Türkiyənin İstanbul şəhərində bir ailənin 3 üzvünü qətlə yetirən, birini də yaralayan qatilin cinayət öncəsi əlində silahla mağazaya daxil olduğu anların görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, dəhşətli hadisə noyabrın 16-da səhər saatlarında Pendik rayonunun Güllübağlar məhəlləsində baş verib.
Məlumata görə, Tandoğan küçəsində Yılmaz ailəsinə məxsus marketə tüfəng və tapança ilə basqın edən Əhməd Önal əvvəlcə ailənin qızı Rəbiyə Yılmazı öldürüb. Daha sonra marketin ikinci mərtəbəsində olan evə çıxaraq Əhməd Yılmazı (ata) və Orxan Yılmazı (əmi) qətlə yetirib. Ailənin gəlini Rəbiyə Yılmazı isə yaralayıb.
Hadisədən sonra yan hissədəki binaya sığınan Əhməd Önal, polis tərəfindən yaxalanaraq Asayiş Şöbə Cinayət Büro əməkdaşlarına təhvil verilib. Şübhəli sıx təhlükəsizlik tədbirləri əhatəsində Qartal rayonundakı İstanbul Anadolu Ədliyyəsinə aparılıb.
O, növbətçi müstəntiqə verdiyi ifadənin ardından həbs olunması tələbi ilə məhkəməyə cəlb edilib.
“Peşmanam, məni həbs etmədən mühakimə etmə qərarı verilsin”- söyləyən Önal məhkəmədə verdiyi ifadədə, “Təxminən 5 ay əvvəl Rəbiyənin (ailənin qızı) qardaşları məni döymüşdülər. Həmçinin, məni hər gördükdə təhqiramiz ifadələr söyləyirdilər.
Hadisə günü, yenə Rəbiyənin qardaşları məni söydülər. Mən də iş yerinə gedib silahları alıb geri döndüm.
Rəbiyə də mənə cadu elədiyini, ya onun olacağımı ya da buralardan getməyimi söyləyirdi. Bir sözlə təhrik və qızışdırma ilə bir anlıq əsəbiliklə bu hərəkəti etdim.
Daha sonra polisə təslim oldum” - deyib.
Əhməd Önal hakimin qərarı ilə həbs edilərək Maltəpə Həbsxanasına göndərilib.
Bəzi yerli KİV-lərin yazdığına görə, qətl, Əhməd Önalın Rəbiyə Yılmazı istəməsi və ailəsindən buna görə rədd cavabı almasından sonra törədilib.
Namiq Musayev
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








