Reklam

"Skoda Slavia" - ilk görüntülər - FOTO

Avtosfer Foto 6 Noyabr 2021 17:00 Oxunub 2354
"Skoda Slavia" - ilk görüntülər  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Skoda şirkəti Slavia sedanının ilk eskizlərini yayımlayıb. Büdcə modeli Hindistan bazarı üçün nəzərdə tutulub, lakin yeni Slavia modelinin digər bazarlarda da satılacağını istisna etmirlər. Eskizlərdən də göründüyü kimi, yeni sedanın dizaynı çex markasının son dizayn üslubundadır. Bundan başqa, modelin mühərrik çeşidi də məlumdur.

Qeyd etmək gərəkədir ki, Skoda Slavia heç də sıfırdan yaradılan model deyil. Yeni model Braziliyada satılan Volkswagen Virtus modelinin dəyişdirilmiş və təkmilləşdirilmiş versiyası olacaqdır. 

Slavia modeli Rapid sedanından nəzərəçarpacaq dərəcədə iridir və hətta, bəzi parametrlərə görə ilk nəsil Octavia (A4) modelini belə üstələyir. Yeni Skoda Slavia modelinin uzunluğu 4541 millimetr, eni – 1752 millimetr, hündürlüyü isə 1487 millimetrdir. Çex və alman modellərinin təkər bazasının ölçüsü eynidir – 2651 millimetr, lakin yeni kuzov dəsti sayəsində Slavia Virtus modelindən 59 millimetr uzundur.

Çex sedanı, xüsusi olaraq Hindistan üçün uyğunlaşdırılmış və sadələşdirilmiş MQB-A0-N platformasına əsaslanır. Modelin mühərrik çeşidinə 115 at qüvvəli 1,0 TSI və 150 at qüvvəli 1,5 TSI benzin turbomühərrikləri daxil edilib. Baza aqreqatı sayılan üçsilindrli turbomühərrik mexnaiki ötürmələr qutusu və ya 6-pilləli “avtomat”, dördsilindrli mühərriki isə, mexaniki transmissiya və ya 7-pilləli “robot” ilə təchiz ediləcəkdir.

Slavia modelinin təchizatına altı təhlükəsizlik yastığı daxildir. Opsiyalar siyahısında virtual cihazlar paneli, arxa görüntü kamerası və kruiz-kontrol sistemi var. Sedanın debütü yaxındır, onun Hindistandakı satışlarına 2022-ci ildə başlanmalıdır. Çex sedanın ardınca Volkswagen Virtus modelinin yerli tələblərə uyğunlaşdırılmış versiyası debüt etməlidir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh