Skuterlər vətəndaşlara belə problem yaradır – Diqqətsizlik yoxsa, məcburiyyət? - FOTO

Paytaxtda skuterlə hərəkətə maraq artıb. Bir çoxları həm əyləncəli, həm də rahat olan bu nəqliyyat vasitəsindən tez-tez istifadə edir. Lakin bəziləri skuteri istifadə etdikdən sonra onları harada gəldi qoyub (atıb) gedir. Bu da yolu istifadə edənlər üçün problem yaradır.
Avtosfer.az xəbər verir ki, paytaxtın müxtəlif yerlərində bu kimi hallarla bağlı fotolar sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Belə ki, skuterlərin avtomobil parkinqində, səkinin və ya velozolağın ortasında, avtobus dayanacağında və.s yerlərdə park edilməsi sözügedən fotolarda aydın şəkildə əks olunub.
İndiyə kimi maşınların düzgün park edilməməsi ilə bağlı məsələlər gündəmdə idisə, görünür ki, artıq skuterlərlə bağlı da bu tip problemlər yaranmağa başlayıb. Skuterlər üçün dayanacaq probleminin olması danılmaz faktdır. Lakin bu onları vətəndaşlar üçün problem yaradacaq şəkildə saxlamağa bəhanə yaratmamalıdır. İstənilən nəqliyyat vasitəsini kimsəyə mane olmayacaq şəkildə park etmək isə həmişə mümkündür.
Məhəbbət Tərlanoğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO














