Texniki Universitetin tələbələri "Xaliq Faiqoğlu" şirkətində təcrübə keçəcək - FOTO

“Xaliq Faiqoğlu” şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında imzalanmış müqaviləyə əsasən tələbələrin “İstehsalat təcrübəsi - II” proqramının icrasına başlanılıb. Avtosfer.az xəbər verir ki, bu münasibətlə Universitetin prorektoru Elton Məmmədov və Nəqliyyat fakültəsinin tələbələrinin iştirakı ilə tanıtım turu təşkil edilib. Tur çərçivsində tələbələr şirkətin təmir mərkəzində yaradılan şəraitlə tanış olub, onlara təcrübə keçəcəkləri istehsalat sahələri, iş prinsipləri və sair barəsində məlumatlar verilib. Daha sonra istismar prosesi ilə bağlı ərazidə olan tələbələri maraqlandıran suallar cavablandırılıb. Şirkətin baş ofisində müşahidə işinin təşkili, avtobusların video-kameralar və gps sistemləri ilə izlənməsi prosesi ilə tanış olan tələbələrə bu sahə barəsində də ətraflı məlumatlar verilib.
Tanıtım turunun yekununda şirkətin təsisçisi Faiq Seyidovla tələbələrin görüşü keçirilib. Şirkət rəhbəri gənclərə gələcək işlərində uğurlar arzulayıb, onların 08.07.2019-02.08.2019-cu il tarixini əhatə edən təcrübə proqramı çərçivəsində əldə edəcəkləri biliklərin gələcək həyatlarında faydalı olacağına əminliyini ifadə edib.
Elton Məmmədov artıq ikinci ildir tələbələrin “Xaliq Faiqoğlu” şirkətində istehsalat təcrübəsi keçəcəklərini diqqətə çatdırıb və yaradılan şəraitə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, təcrübə proqramı zamanı “Xaliq Faiqoğlu” şirkətinin yerli və xarici mütəxəssisləri bilik və bacarıqlarını tələbələrlə bölüşəcək. Yüksək nəticələr götərmiş gənclərə şirkət tərəfindən sertifikatlar veriləcək.
Fidan
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR















