“Tofaş” “Range Rover”lə toqquşdu: bir ailənin 3 üzvü öldü - FOTO

Türkiyənin Isparta vilayətində iki minik avtomobilin iştirakı ilə baş verən yol qəzasında 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Isparta-Konya avtomagistralının 53-cü kilometrliyində qeydə alınıb.
Məlumata görə, Zəkəriyə Bayındırın (59) idarəetməsindəki 32 EH 729 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı maşın Berat Ç.-nin idarə etdiyi 32 AAR 854 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobillə yolun yağışlı və sürüşkən olması səbəbindən toqquşub.
Qəza nəticəsində “Tofaş”ın sürücüsü, həyat yoldaşı və 6 aylıq hamilə gəlinin hadisə yerində həyatlarını itirib. “Range Rover”in sürücüsü isə yaralanıb.
Digər sürücülərin xəbər verməsi ilə insident yerinə səhiyyə, polis və xilasetmə qüvvələri gəlib.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Nəqliyyat vasitəsində sıxışan 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis araşdırmalara başlayıb.
Namiq



Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












