Tuneldə TIR-a çırpılan maşın yanıb kül oldu: 1 ölü, 2 yaralı - FOTO

Türkiyənin Artvin vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam radələrində Hopa – Borçka avtomagistralının Canqurtaran tunelində qeydə alınıb.
Məlumata görə, Taner Yılmazın idarə etdiyi 08 AAC 719 qeydiyyat nömrə nişanlı minik avtomobili, idarəetmədən çıxaraq qarşısında hərəkətdə olan F.A.-nın idarə etdiyi 08 K 5179 qeydiyyat nömrə nişanlı TIR-a arxadan çırpılıb.
Zərbənin təsirindən deformasiyaya uğrayan avtomobil yanmağa başlayıb.
Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüləri və avtomobildə sərnişin qismində olan Nuray Şəntürk yaralanıb. Onlar səhiyyə işçilərinin ilkin tibbi yardımından sonra ambulanslarla xəstəxanaya çatdırılıblar. Nuray Şəntürk həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yanan avtomobil isə yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müvafiq qurumlar tərəfində araşdırmalara başlanılıb.
Namiq Musayev








Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












