Velosiped zolaqlarında quraşdırılan xüsusi baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihənin icrası davam etdirilir. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini əhatə edir.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq AYNA-dan məlumat verilib.
Bildirilib ki, ümumilikdə 3300 metr məsafədə müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb. 13 məntəqədə isə mikromobillik vasitələri üçün parklanma yerləri təşkil edilib.
Hazırda avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılır. Bu işlərə Azərbaycan prospektindən başlanılıb.
AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə mikromobillik vasitələri üçün yollara daxil olmamağa çağırış edib.
***
Paytaxtda velosiped zolaqlarına nəqliyyat vasitələrinin girişini məhdudlaşdırmaq məqsədilə xüsusi baryerlər quraşdırılır.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Azərbaycan prospektində salınan velosiped zolaqlarından gedir.
Bu baryerlərin velosipedçilərin təhlükəsizliyi baxımından önəmli olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik:
oxu.az
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










