“Winter Park Plaza”nın önündəki velosiped zolağını PARKİNQƏ ÇEVİRƏN sürücülər - FOTO

Bakının bir sıra küçələrində velosiped və skuter sürücülərinin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün zolaqlar çəkilib. Lakin bəzi avtomobil sürücüləri bu zolaqlarla hərəkət edir, yaxud parkinqə çevirirlər. Nəticədə velosiped və skuter sürücülərinin hərəkəti məhdudlaşır və onlar məcbur qalaraq avtomobil yoluna keçməli olurlar. Bu isə qəza riskini yüksəldir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Mirzəağa Əliyev küçəsində qeyd etdiyimiz qaydanı kütləvi şəkildə pozan sürücülər görüntülənib. Belə ki, 10-CS-660 dövlət nömrə nişanlı “Volkswagen Jetta” markalı, 074 D 006 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı, 50-DO-424 dövlət nömrə nişanlı “Hyundai Santa Fe” markalı və 77-CU-244 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobillərin sürücüləri dayanma-durma qaydalarını pozublar. Onlar velosiped və skuterlər üçün ayrılmış zolağı dəqiqələrlə, hətta saatlarla zəbt ediblər.
Qeyd edək ki, bu xəta İnzibati Xətalar Məcəlləsinin 327.1-ci bəndinə əsasən, eyniylə avtobus zolağında olduğu kimi, 40 manat cəriməylə nəticələnir.
Nərmin







Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO

















