Yarıtmaz qurumlar və ziyan çəkən insanlar… - FOTO

Bakıda aşma təhlükəsi olan ağacları vaxtında müayinə edib ya budamaq lazımdır, ya da kəsmək. Amma bizim icra orqanları, xüsusən də rayon icra hakimiyyətləri, JEK-lər, Yaşıllaşdırma İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi işi düzgün qurmur. Nəticədə küləkli havada ağaclar aşıb maşınları əzir və insanlara ziyan vurur. Yalnız bundan sonra bizim qurumlar işə başlayır.
Elə buna görə də zərərçəkən vətəndaşlar məhkəməyə müraciət edib həmin qurumlardan dəymiş zərəri tələb etsələr onlar da özlərini yığışdırıb işi vaxtında görərlər.
Hər il DYP və BNA yüzlərlə nöqtədə yol nişanlarının və svetoforların ağacların budaqları arxasında gizləndiyini əsas gətirərərk Yaşıllaşdırma İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir. Amma nazirlik yaşıllaşdırmaya yönləndirir, yaşılaşdırma da nazirliyə. Axırda da payız gəlir, yarpaqlar tökülür, nişanlar üzə çıxır. Yüzlərlə insan da bu ağaclara görə nişanları görmədiyi üçün ya qəzaya düşür, ya da cərimə olunur. Ancaq heç kim nazirliyin qorxusundan ağaca əl vurmur ki, tutub 2 min manat cərimə yazacaqlar.
Maraqlıdır, budamaq lazım olanda yoxa çıxırlar, cərimələməyə tez gəlirlər.
Belə olmaz cənablar. İşinizi doğru-düzgün görün. Görə bilmirsinizsə imkan verin biz sizə kömək edək, yol göstərək. Yetər ki, insanlara zərər dəyməsin.
Elməddin Muradlı
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR













