Yeni aldıqları avtomobillə TIR-ın altına girdilər; ər-arvad dünyasını dəyişdi - FOTO

Türkiyənin Adana əyalətində yeni aldıqları avtomobillə gəzintiyə çıxan gənc cütlük qəza nəticəsində vəfat etdilər. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 9-da gecə saatlarında “Ceyhan – Yumurtakl” avtomagistralında qeydə alınıb.
Məlumata görə, 32 yaşlı Çağır Cəsur idarə etdiyi 59 AAV 341 qeydiyyat nömrə nişanlı “Ford” markalı avtomobillə hərəkətdə olarkən, ikinci dərəcəli yoldan ana yola çıxan Rauf K.-nin idarə etdiyi 77 AZ 636 qeydiyyat nişanlı TIR-ın altına girib.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və onun həyat yoldaşı Gizəm Cəsur aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. TIR sürücüsü Rauf K. isə polis tərəfindən həbs olunub.
Dünyasını dəyişən cütlük uşaqlarını qohumunun yanında qoyaraq dünən aldıqları yeni avtomobillə gəzintiyə çıxdıqları məlum olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Namiq Musayev








"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










