Yeni vəziyyətdə olan 2007-ci ilin "Audi RS4" sedanı hərraca çıxarılıb - FOTO

Noyabr ayının ortalarında, demək olar ki, yeni vəziyyətdə olan ikinci nəsil Audi RS 4 sedanı hərraca çıxarılacaqdır. 2007-ci ildə istehsal edilmiş avtomobilin odometrində cəmi 217 millik (349 kilometr) göstərici var, buna görə də, idman sedanı 15 ilə yaxındır ki sürülmətib.
RS 4 sedanının tarixi və vəziyyəti Britaniyadakı Audi dilerinin hesabatı ilə təsdiqlənir və avtomobilin sahibi onun yeganə qüsurunun xrom elementlərin səthindəki korroziya izlərinin olduğunu hesab edir.
Silverstone Auctions hərrac evi bütün dünyada olmasa da, ən azından Britaniyada belə az yürüş məsafəsi olan başqa Audi RS 4 (B7) sedanın olmadığını iddia edir. İdman sedanı orijinal vəziyyətdədir, lakin solmuş radiator barmaqlığı yenisi ilə əvəz edilib. Üstəlik, sedanın alıcısına köhnəlmiş emblemləri əvəz etmək üçün bağlamada olan emblemlər və nişanlar veriləcəkdir.
Audi RS4 sedanının kapotunun altında 420 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 4.2-litrlik V8 mühərriki yerləşir. Güc aqreqatı Getrag firmasının altı pilləli mexaniki transmissiyası və quattro sistemi ilə tandemdə çalışır. Avtomobilin standart təchizatına Adaptive Dynamic Ride Control asqısı da daxildir.
Audi RS 4 sedanı olduqca nadir bir avtomobil olduğundan, zaman keçdikcə yaxşı vəziyyətdə olan nüsxələrin qiymətinin artması labüddür. Lakin hərrac evinin 349 kilometrlik yürüşü olan RS4 sedanının satışından əldə etməyi nəzərdə tutuduğu məbləğ açıqlanmayıb.
Adi RS 4 (B7) modelinin İngiltərədəki satış qiyməti 35.000 funt sterlinqdən çox deyil, lakin mükəmməl vəziyyətdə olsa belə, 2007-ci ilin sedanının istənilən qədər baha satılması ehtimalı çox azdır. Bunun üçün yeni RS 4 (B9) universalının qiymətlərinə nəzər salmaq kifayətdir - baza təchizatlı “bərkgedən” universalı 74 min funt sterlinqə, onun top versiyası isə 82 min funt sterlinqə başa gəlir.
autograph.az
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO














