Yol dairəsində uşaqların həyatı üçün təhlükə - FOTO

Əslində bu vəziyyət bir ilə yaxındır davam edir. Hər dəfə məsələni ictimailəşdirmək istədikdə səbrimi basmışam ki, yəqin düzələr. Amma bir neçə gün əvvəl çəkdiyim fotoları 2023-cü ilin yayında çəkdiklərimlə müqayisə etdikdə gördüm ki, vəziyyət pisə doğru gedir.

Fotodakı işıq dirəyi Mikayıl Müşfiq küçəsinin Mətbuat prospekti ilə kəsişdiyi ərazidəki yol dairəsinin yanında quraqşdırılıb. Dirəyi qidalandıran kabellər açıq havada qaldığı üçün izolyasiya tədricən pozulur. Suyun və Günəşin təsirindən dağılma prosesi gedir. Köhnə tarixdə çəkilmiş fotolarla müqayisə apardıqda görünür ki kimsə kabelləri tərpədib.

İşin qorxulu tərəfi bu ərazidə çox sayda uşağın olmasıdır. Bu günlərdə uşaqların yığışaraq bu kabelə tamaşa etdiyinə də şahid olmuşam. Rütubətli havada hansısa uşaq bu kabellərə toxunsa nəticənin necə olacağını deməyə ehtiyac yoxdur. İnanıram ki, bayram günlərində gücləndirilmiş rejimdə işləyən qurumlar bu səhlənkarlığı aradan qaldıracaq.
Vüqar
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR














