Yol qəzası iki ailə arasında silahlı atışmaya səbəb oldu; 2 ölü, 7 yaralı - FOTO

Türkiyənin Diyarbəkir vilayətində yol qəzası səbəbindən iki ailə arasında silahlı atışma baş verib. Avtosfer.az yerli KİV-ə istindən xəbər verir ki, insident Yenişəhər rayonunda qeydə alınıb.
Məlumata görə, motosiklet qəzası səbəbindən iki ailə arasında yaranan sözlü mübahisə silahlı atışmaya çevrilib. “Benu Sən” məhəlləsində ailə fərdləri silahlarını alaraq evlərinin damına çıxaraq uzun müddət atışıblar. İlk atışmada 1 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan İzzət Əsmər həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.
İkinci hadisə Yenişəhr rayonu “Şəhidlik” məhəlləsində davam edib. Burada evə edilən silahlı basqın nəticəsində biri uşaq, 3 nəfər xəsarət alıb.
Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.
Baş verən hadisələrin nəticəsində 2 nəfər ölüb, 4-ü ağır, 1-i uşaq olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Namiq Musayev

Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












