Yol vermək üstündə düşən mübahisə ölümlə bitdi: 13 dəfə atəş açdı - FOTO

İstanbulda motosiklet sürücüsü yolda mübahisə etdiyi avtomobil sürücüsünü öldürüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident Bağçılar rayonunda qeydə alınıb. Məlumata görə, Ədirnə istiqamətində motosikleti ilə hərəkətdə olan 59 KT 457 dövlət qeydiyyat nişanlı motosiklet sürücüsü Həsən Saykal ilə 34 BBE 171 dövlət qeydiyyat nişanlı avtomobil sürücü Sərdar Çəkic arasında yol vermək üstündə mübahisə yaşanıb.
Sürücülər bir müddət irəlilədikdən sonra dayanıblar. Yol kənarında duran motosiklet sürücüsü Həsən Saykal yanında gəzdirdiyi silahı çıxararaq avtomobilə doğru 13 dəfə atəş açıb.
Bədəninin müxtəlif yerlərindən 4 güllə yarası alan Sərdar Çəkici ağır yaralanıb.
Digər sürücülərin çağırışı ilə hadisə yerinə polis və səhiyyə briqadaları gəlib.
Polis əməkdaşları hadisə yerində gözləyən Həsən Saykalı həbs edib. Ağır xəsarət alan Sərdar Çəkici təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq



Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








