Yolda ölüm saçan təhlükə: Sürücülər nəzarətsiz yolda qəzaya və ziyana düşür - FOTOLAR

Araz FM radiosunda yayımlanan "Düzgün hərəkət" verilişinin aparıcısı Elgün Xıdırov M1 yolunun üzü Xaçmaz istiqamətində olan hissənin bərbad vəziyyətdə olmasından yazıb. Avtosfer.az-ın məlumatına görə, aparıcı bildirib ki, Şabran ərazisində (şəhərə çatmağa təxminən 3 km qalmış) yolda əsl təhlükə var. "Sürətlə gələn maşın bura düşsə ən yaxşı halda təkərləri partlayacaq. Pis halda isə artıq özünüz təsəvvür edin".
Elgün Xıdırov üzləşdiyi real təhlükə barədə də məlumat verib. "Bəxtim gətirdi ki, pis hal baş vermədi. Yalnız avtomobilimə ziyan dəydi. Bir az qabaqda YDM-də dedilər ki, hər gün neçə maşın orada ziyan görüb. Mən ora çatanda bir maşın məndən bir az əvvəl həmin çala-çuxura düşmüşdü. Bizdən də əvvəl neçəsi qəza keçirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - məsuliyyətsizlik və nəzarətsizliyinizə görə hər gün nə qədər adam maddi ziyan görür. Bəlkə də araşdırılsa yollarda ölümlə nəticələnən qəzaların bəlli bir qismi sizin məsuliyyətsizliyiniz üzündən baş verir".
Aparıcı təcili yollardakı ölüm saçan qüsurların aradan qaldırılmalı olduğunu da əlavə edib.
Fərid
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
















