Yolu zəbt edən evakuatorun şəkilini çəkmək istədi: döyüb bıçaqladılar - FOTO

Nəqliyyatda yolu zəbt edərək irəliləyən evakuatorun şəkilini çəkmək istəyən sürücü döyülərək bıçaqlanıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, insident Kocaeli vilayətinin girişində baş verib.
Məlumata görə, gecə saatlarında şəxsi şirkətə aid evakuator yolun sağ və təhlükəsizlik zolağını işğal edərək irəliləməyə başlayıb. Onun heç kimə yol verməməsindən narahat olan Abdulla Ağgün “işğalçının” şəkilini çəkmək istəyib. Lakin Abdullanın şəkil çəkdiyini fərq edən evakuatorun sürücüsü ilə sərnişini Ağgünün qarşısını kəsərək avtomobildən düşürüblər.
Onlar Abdulla Ağgünü döyməyə başlayıblar və bununla da qalmayaraq onu ayağına bir neçə bıçaq zərbəsi də vuraraq oradan qaçıblar.
Ağgün ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müalicədən sonra o evə buraxılıb. Polisin araşdırmalarından sonra hər iki şəxs həbs olunublar. Ancaq ifadələri alınan şübhəlilər sonradan sərbəst buraxılıblar.
Namiq Musayev
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR








