Zəncirvari yol qəzasında: 2 ölü, 27 yaralı - FOTOlar

Almaniyada 40-a yaxın avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 2 nəfər ölüb, 27 nəfər isə yaralanıb. Avtosfer.az xəbər verir ki, hadisə Vürzburq şəhəri yaxınlığındakı avtobanda qeydə alınıb. Bu barədə “DPA” məlumat yayıb.
Yerli hökumət qurumlarının məlumatına əsasən, bir neçə saat aralığında yolun yaş olması səbəbindən 3 yol qəzası olub.

Birinci zəncirvari qəza, sürücülərin yol kənarında qəzaya uğramış maşına baxaraq fikirlərinin yayınması səbəbindən olub. Bu zaman 17 maşın bir-birinə çırpılıb. İlk qəzada 2-si ağır olmaqla, 9 nəfər xəsarət alıb.
Ardınca, bir neçə yüz metr arxada dayanmış maşınlara digər avtomobillər çırpılıb və nəticədə 3 avtomobil yanıb. Hadisə zamanı bir qadın və azyaşlı uşaq ölüb, 3-/ü ağır olmaqla 11 nəfər isə yaralanıb.
Təxminən yarım saatdan sonra eyni yolda 3 avtomobilin iştirakı ilə daha bir qəza baş verib, burada da 2 nəfər xəsarət alıb.
Bildirilir ki, hadisə yerinə yanğınsöndürmə, xilasetmə və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.
Avtomagistral səhər saatlarından nəqliyyatın hərəkətinə bağlanıb.
Namiq Musayev
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










