Avtomobil körpüsü çökdü: 10 yaralı, 5 itkin - VİDEO

Tayvanda avtomobil körpüsünün uçması nəticəsində 10 nəfər ağır xəsarət alıb, 5 nəfər isə itkin düşüb. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 1-də İlan dairəsində qeydə alınıb. Hadisənin görüntüləri nəzarət kamerasının obyektivinə düşüb.
Kadrlarda, ağır tonnajlı yük avtomobilinin körpünün üzərində hərəkətdə olduğu görülür.
Lakin maşının körpünü keçməsinə azacıq qalmış körpü bir anda çökür. Körpünün çox hissəsi suya düşür, yanacaq daşıyan maşın isə balıqçı gəmisinin üzərinə aşaraq yanmağa başlayır.
Bildirilir ki, xilasedicilər 10 nəfəri sudan çıxara biliblər və onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Yaralılardan altısının vəziyyəti ağır qiymətləndirilir. Yanacaq daşıyan maşınının düşdüyü balıqçı gəmisində olan 5 nəfərin taleyi isə hələ məlum deyil.
Axtarışlar davam etdirilir.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












