Azərbaycanın avtomobil parkı təhlükəli maşınlarla genişləndirilir - VİDEO

Son illər Azərbaycanın avtomobil parkı suda batmış və ağır qəzalarda iştirak etmiş avtomobillərlə "zənginləşir". Buna səbəb əsasən Amerika və bir sıra Avropa ölkələrindən gətirilən belə avtomobillərin 30%, hətta bəzən 40%-ə qədər daha ucuz başa gəlməsidir. Amma mütəxəssislər xəbərdarlıq edir ki, belə maşınlar sonradan daha çox xərc tələb edir və hətta qəzalara səbəb olur. Avtosfer.az-ın məlumatına görə, təbii fəlakətlərin nəticəsində ziyan görmüş, suda batmış və ağır qəzalarda iştirak etmiş avtomobillər Azərbaycana gətirilir. İstehsal edildikləri ölkədə ömrünü bitirmiş belə avtomobillər Qafqazda ikinci həyatlarını yaşayır. Belə maşınların qiyməti hətta bəzən 40 %-ə qədər ucuz olduğundan son zamanlar ölkəmizə bu maşınların gətirilməsinə maraq artıb. Bu maşınlar əsasən Amerika və Yaponiya kimi ölkələrdə istehsal olunsa da, ölkəmizə adətən Gürcüstan bazarından alınaraq gətirilir.
Avtomobil ustaları belə maşınların hər keçən gün artdığını bildirir. Əksər maşınların böyük nasazlıqları üzə çıxdığından sürücü təmirə daha çox pul xərcləyir. Belə nasazlıqlar isə hətta ağır qəzalara da səbəb olur. Belə hallarla qarşılaşmamaq üçün avtomobildən yaxşı anlayışı olan şəxslərlə Gürcüstan bazarına getmək və ya ümumiyyətlə, avtomobilləri birbaşa istehsal edildiyi ölkədən almaq tövsiyə edilir. Belə olan zaman sürücüyə bütün qüsurlarla bağlı tam məlumat verilir.
Qeyd edək ki, Amerika və Avropada qəzalı maşınların ixracı bir növ utilizasiya proqramı kimi nəzərdə tutulduğundan alıcıdan heç bir vergi alınmır və ya bu rəqəm çox cuzi olur. Bu ölkələrdən tam işlək maşının alınması isə çox baha başa gəlir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












