Bakıda taksi sürücüsü yol polisinə hücum etdi - Şok görüntülər - VİDEO
Bakıda taksi sürücüsü yol polisinə tabesizlik göstərib. Avtosfer.az xəbər verir ki, hadisə Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişməsində baş verib. Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 90 PL 256 dövlət nömrə nişanlı, "Lada Granta" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb. Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb. Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. YPX əməkdaşı onu sakitləşdirməyə çalışsalar da Orxan Məmmədli müqavimət göstərib. Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkərək sıxlığın qarşısını alıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib. Görüntüləri təqdim edirik:
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












