Hamilə qadın mübahisə edib özünü avtomobildən atdı - VİDEO

Türkiyənin Adana vilayətində hərəkətdə olan avtomobildən özünü atan hamilə qadın yaralanıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, Şanlıurfada kirayə götürdükləri 34 LP 5151 qeydiyyat nömrə nişanlı maşınla Mərsinə tətilə gedən Əli və Özləm G. cütlüyü, geri qayıdan zaman mübahisə ediblər. Bundan sonra Özləm G., Adanada, Turxan Camal Beriker bulvarında, hələ ki naməlum səbəblərdən hərəkətdə olan avtomobildən özünü atıb. Bu arada, maşının arxası ilə irəliləyən Asayiş Şöbə İdarəsinin polisləri yaralı qadına ilkin tibbi yardım göstəriblər. Özləm G., təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb.
Hadisə yerində bir müddət göz yaşı tökən Əli G., jurnalistlərə açıqlama verərək, “Hər kəs xanımı ilə mübahisə edir. Polis qardaşlar hadisəni çox böyütdülər. Yoldaşım qapını açıb aşağı tullandı. Saatda 20 kilometr sürətlə gedirdik, mən də yavaşladım. Çox şükür, avtomobilin altında qalıb ölmədi. Qarnında körpə var, ona belə yazığı gəlmədi. Gedib boşansın məni sevmirsə. Biz sevərək evlənmişik” – deyə söyləyib.
Əli G., həbs edilərək Şakirpaşa Polis Mərkəzinə aparılıb.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












