İcarə maşına sayrışan işıq quraşdıran sürücünü 800 manat cərimə gözləyir - VİDEO
Bakıda icarəyə götürdüyü avtomobilə əlavə avadanlıq quraşdıran sürücü saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ''99-DS-506'' dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsünü sayrışan işıqlara görə saxlayıblar.
Saxlanılan İsmayıl Bayramov idarə etdiyi nəqliyyat vasitəsini icarəyə götürdüyünü və sayrışan işqların isə özünə məxsus olduğunu deyib.
Aşkarlanan həmin avtomobil yol polisi əməkdaşları tərəfindən duracağa yerləşdirilib və əlavə avadanlıqlar sökülüb. Sürücü isə inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, qanunla qadağan olunmasına baxmayaraq bu cür qayda pozuntularının sayı artıb.
Qeyd edək ki, sayrışan işıqdan istifadə edən sürücü barəsində avtomobilə əlavə avadanlıq quraşdırımasına görə İnizbati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 500 manatdan 800 manata qədər cərimə edilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












