Məmur evinin qabağına şlaqbaum qoydurub yolu kəsdi - FOTOLAR

Pirşağıda məmur özbaşınalığı bu dəfə özünü fərqli şəkildə biruzə verib. Evinin qarşısının toz olmasını və avtomobillərin səsindən narahat olmaq istəməyən şəxs əraziyə qanunsuz olaraq şlaqbaum qoydurub. Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Samirə Səfərəliyeva sosial şəbəkədə paylaşıb: "Bu şəkillərə diqqətlə baxın və bu özbaşınalığa kim tərəfindən yol verildiyinə aydınlıq gətirməyimizə yardımçı olun. Məlumat üçün bildirim ki, bu fotolar Pirşağıda çəkilib. Şlaqbaumla yolu bağlayan isə hələlik adını dəqiqləşdirə bilmədiyimiz məmurdur. Təsəvvür edin, evinin qarşısından keçən ümumi yolu bu adam 100 metrlik məsafədə özəlləşdirərək oradan avtomobillərin hərəkətini tam dayandırıb.

Nəticədə o yolu getməyə məcbur olan sadə əhali bildiyiniz "qruntovoy”la üçqat artıq məsafə qət etməli olur ki, bu hələlik naməlum oliqarxın qapısına toz qonmasın. Üstəlik, adamda yumor hissi də güclüdür, şlaqbaumun düz yanında təmir gedən yollarda quraşdırılan üzrxahlıq lövhəsi də qoyub.
Ərazidə müşahidə apararkən burada heç bir tikintinin aparılmadığına da əmin olduq, yalnız evin körpələrinə xidmət edən dayələr gəzirdi burada.

Çox maraqlıdır, ölkə başçısının sadə insanların sosial problemlərinə maksimum həssaslıq göstərdiyi bir vaxtda onlara əsl zülm yaşadan bu "qurd ürəyi yemiş” kimdi?”.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













