"Abarth 600e": Brendin tarixindəki ən güclü model təqdim edildi - FOTO

Ən güclü "Abarth" Turində debüt edib.
Oxu.Az xəbər verir ki, bu barədə 32cars.ru məlumat yayıb.
Avtomobil ilk dəfə fevral ayında təqdim edilib, mart ayında onun rəsmi görüntüləri vasitəsilə interyeri tanış olub, indi isə nəhayət canlı olaraq yoxlaya bilərik. Brendin ən güclü modeli olan "Abarth 600e" Turin avtosalonunda təqdim olunub. Yeni model "Alfa Romeo Junior" kimi 280 at gücünə malikdir.

Diqqət yetiriləcək ilk element elektrikli avtomobillər üçün xüsusi olaraq hazırlanmış 225/40 R 20 ölçülü "Michelin Pilot Sport EV" şinləridir. Xarici görünüşündə "Abarth 600e" böyük arxa spoyleri, ön splitter və yenilənmiş bamperi ilə seçilir.

Hazırda avtomobilin interyeri məlum deyil, lakin daha əvvəl təqdim edilmiş rəsmi fotoşəkillər onun açıq-aydın idman üslubu ilə "Fiat"a bənzədiyini sübut edir. Oturacaqlar idman üslubundadır, sükan isə diqqətçəkən əqrəb loqosu ilə unikal dizayna malikdir.

Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












