"Audi" şirkəti daxili yanma mühərrikləri ilə vidalaşır

Audi şirkəti daxili yanma mühərrikləri (DYM) ilə beş ildən sonra vidalaşa bilər. Süddeutsche Zeitung nəşrinin müxbirləri yer altından çıxarılan yanacaqla çalışan son Audi modelinin 2026-cı ildə debüt edəcəyindən və bu tarixdən sonra bütün yeni modellərin "təmiz" elektromobillər olacağından əmindirlər. Benzin və dizel mühərriki ilə təchiz edilmiş avtomobillərin satışına dərhal son qoyulmayacaqdır: yanacaq modellərinin həyat dövrünün başa çatması ilə elektromobillərə keçiləcəkdir.
Qeyd etmək gərəkdir ki, Süddeutsche Zeitung nəşri Audi şirkətinin rəhbəri Markus Dyüsmandan istinad edir - jurnalistlərin əldə etdiyi məlumata görə, alman markasının yüksək vəzifəlisi DYM-nin erkən istefası barədə direktorlar şurasını və həmkarlar ittifaqlarını xəbərdar edib.
2026-cı ildən sonra, benzin və dizel yanacaqlarını işlədən yeni avtomobillər Audi model çeşidində peyda olmayacaqdırlar. Bir sözlə, göstərilən tarixə təkcə yeni benzin və dizel mühərriklərinin deyil, həmçinin hibrid güc qurğularının da yaradılmasına son veriləcəkdir. Yəni beş ildən sonra, ömrü başa çatan daxili yanma mühərrikli Audi modellərini elektromobillər əvəzləyəcəklər.
Reuters agentliyi Audi şirkətinin nümayəndələrindən bu məlumatı şəhr etməsini istəsə də, hələlik heç bir cavab almayıb. Əvvəllər Audi şirkətinin 2035-ci ildə tamamilə elektromobillərin istehsalına keçəcəyi ehtimal olunurdu.
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










