Avtomobilin yanacaq sərfiyyatı necə ölçülür? - Qeyri-adi üsullar var - FOTO

Havalar soyuyan kimi sürücülərin ümumi narazılığı başlayır: yanacaq sərfi çoxdur, çəni 2 gün əvvəl doldurmuşam, qurtarıb və s.
Avtosfer.az bildirir ki, real həyatda avtomobilin yanacaq sərfi kitabda yazılanla düz gəlmir ki, bu da tam təbiidir. Səbəb elmi dillə desək, ölçmə metodikasıdır.
Ötən əsrin 50-ci illərinədək avtomobillərin yanacaq sərfiyyatı belə ölçülürdü: menzurkaya (şüşə qab) müəyyən qədər benzin tökülür və avtomobil poliqonda sürülürdü.
70-ci illərdə menzurka yığışdı, yerini daha dəqiq cihazlar aldı. Bu cihaz karbiratora daxil olan yanacaq borusuna qoşulurdu (eynən məişətdəki su sayğacı kimi).
21-ci əsrdə isə heç bir istehsalçı yanacaq sərfini ölçmək üçün avtomobili poliqonda və ya şəhərdə sürmür. Hər şey laboratoriya şəraitində həll olunur. Burada avtomobil üçün xüsusi temperatur və külək rejimi yaradılır, avtomobil idman alətində qaçar kimi hrəkət edir (bu zaman salona 1 sürücünün ağırlığı qədər yük qoyulur).
Lakin son 80 ildə dəyişməyən bir qayda var ki, bu da elə ölçmə şəraitidir. Yanacaq sərfi 20 dərəcə Selsi temperaturda, küləyin sürəti aşağı olan vaxt və yolun mailliyi maksimum 5 dərəcə olan ərazidə aparılır. Üstəgəl, avtomobilin qızması və sürətlənməsinə sərf edilən yanacaq nəzərə alınmır. Sınaqlar 2-3 min km qət etmiş saz avtomobildə, bütün yağlar və alışdırma şamları dəyişildikdən sonra aparılır.
İndi hörmətli oxucu, söz sənindir. Son abzasda qeyd edilmiş şərtlərdə sonuncu dəfə nə zaman maşın sürmüsən? Bakıda belə şəraiti heç vaxt tapmayacağına əminəm.
Vüqar Yaşaroğlu
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım













