Azərbaycanda bu avtomobillərlə bağlı sürücülük vəsiqəsi lazım olmayacaq - Prezident təsdiqlədi

Avtoxəbər 3 Avqust 2026 13:39
Azərbaycanda bu avtomobillərlə bağlı sürücülük vəsiqəsi lazım olmayacaq - Prezident təsdiqlədi
WhatsApp kanalımıza abunə olun

Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq.

Avtosfer.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlara təklif olunan dəyişiklikləri təsdiqləyib.

Qeyd olunur ki, avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.

Oxunub : 2668
ŞƏRH YAZ
Ad

E-mail

Şərh